Bakıda ağır qəza baş verdi – hər kəs köməyə qaçdı

  • Space TV
  • 24 Dekabr 2019 11:00

Bakı şəhərinin Nəsimi rayonunda “Toyota” və “Mercedes” markalı iki minik avtomobili toqquşub.

SPACE TV  FHN-ə istinadla xəbər verir ki, qəza zamanı “Mercedes” markalı avtomobilinin salon hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə yerində olanlar yanan maşının sürücüsünə kömək ediblər.

Paylaş

 Xəbəriniz olsun