Bakıda açıq sahədə yanğın başladı

  • Space TV
  • 19 Avqust 2020 17:12

Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində açıq sahədə yanğın başlayıb.

Spacetv.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Paylaş

 Xəbəriniz olsun