Bakıda 81 yaşlı qadının başından vurub pullarını apardılar

  • Space TV
  • 14 Dekabr 2019 14:51

Bakının Yasamal rayonunda naməlum şəxs 81 yaşlı qadının pul kisəsini oğurlayıb.

SPACE TV  xəbər verir ki, quldurluq dekabrın 13-ü, saat 00:03 radələrində İnşaatçılar prospektində baş verib.

Naməlum şəxs açar seçmə yolu ilə İnşaatçılar prospekti ev 11A, mənzil 23-də yaşayan 1938-ci il təvəllüdlü Liliya Useynovanın mənzilinə daxil olaraq naməlum əşya ilə onun baş nahiyəsindən vurub. 

Daha sonra isə cibindəki pul kisəsindən 700 manat və 100 ABŞ dollar pul götürərək hadisə yerindən gedib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun