Bakıda 63 yaşlı kişi özünü binadan ataraq intihar etdi

  • Space TV
  • 9 Dekabr 2020 12:20

Bakıda 63 yaşlı kişi intihar edib.

Spacetv.az məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb.

1957-ci il təvəllüdlü Abbasov Ramiz Abbas oğlu yaşadığı hündürmərtəbəli binadan özünü ataraq intihar edib.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin başvermə səbəbi araşdırılır.

Paylaş

 Xəbəriniz olsun