Bakıda 61 yaşlı kişi öldürüldü

  • SpaceTV
  • 28 Sentyabr 2020 16:56

Bakının Xəzər rayonunda qətl hadisəsi törədilib.

Bu barədə Spacetv.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Türkan qəsəbəsində, “Üzümçülük” sovxozunda 1959-cu il təvəllüdlü yerli sakin Qabil Yəhyayev ürək nahiyəsindən bıçaqlanıb.

1-ci Polis Bölməsinin əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Rahim Abdullayevi saxlayıblar.

İlkin məlumata görə, qətl şəxsi münaqişə zəminində törədilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Paylaş

 Xəbəriniz olsun