Bakıda 6 tələbə qız zəhərləndi – Vəziyyətləri ağırdı

  • SpaceTV
  • 26 Noyabr 2019 10:48

Xəzər universitetinin 6 tələbəsi zəhərlənib.

SPACE TV bildirir ki, Səhiyyə Nazirliyindən “baku.ws”-a verilən məlumata görə hazırda tələbələr Təcili Tibbi yardım avtomobili ilə КТМ-in Toksikologiya şöbəsinə gətiriblər. Onların dəm qazından zəhərlənməsi ehtimal edilir.

Qeyd edək ki, Təcili Tibbi yardıma çağırış saat 04:47 də olub. Tələbə qızların dediyinə görə, hadisə kirayələdikləri Qara Qarayev pr. 76, mənzil 28-də baş verib.

Həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Onlara lazımi tibbi yardım göstərilib. Hazırda müalicələri davam edir.

Paylaş

 Xəbəriniz olsun