Bakıda 56 yaşlı qadın dəm qazından boğulub

  • SpaceTV
  • 13 Dekabr 2019 11:29

Bakıda 56 yaşlı qadın dəm qazından boğulub.

SPACE TV-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Həmin qəsəbədə yaşayan 1963-cü il təvəllüdlü Kudelina Tatyana Vasilyevna mənzilinin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci ( səhlənkarlıq, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb

Paylaş

 Xəbəriniz olsun