Bakıda 45 yaşlı kişi bıçaqlandı

  • Space TV
  • 2 Mart 2021 10:25

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Spacetv.az xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Ağayev Mehman Əliabbas oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona sol döş qəfəsinin kəsilmiş-deşilməsi yarası diaqnozu qoyulub.

Paylaş

 Xəbəriniz olsun