Bakıda 38 yaşlı kişi binadan yıxılaraq ölüb

  • SpaceTV
  • 26 Oktyabr 2020 10:56

Bakıda bədbəxt hadisə baş verib.

Spacetv.az-ın xəbərinə görə, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Belə ki, 1982-ci il təvəllüdlü İbrahimov Ceyhun Allahverən oğlu rayon ərazisində yerləşən Ev Tikmə Kombinatı binasından yıxılıb. 

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan C.İbrahimov orada ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun