Bakıda 31-ci Beynəlxalq İnformatika Olimpiadası keçirilir

  • SpaceTV
  • 5 Avqust 2019 12:29

SPACE.TV-məlumat verir ki, Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq İnformatika Olimpiadası keçirilir. Tədbirdə iştirak etmək üçün ölkə komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib.

Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi bu günə kimi 24 dəfə təmsil edən Azərbaycan komandaları 5 medal qazanıblar.

Olimpiada Təhsil Nazirliyi , Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ADA Universiteti və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir.

Bu gün Bakı Konqres Mərkəzində keçiriləcək rəsmi açılış mərasiminə dövlət rəsmiləri, xarici ölkə səfirləri və digər qonaqlar qatılacaqlar.

Paylaş

 Xəbəriniz olsun