Bakıda 29 yaşlı gənc söyüş üstündə boynundan bıçaqlanıb

  • SpaceTV
  • 18 Oktyabr 2019 11:28

Binəqədi rayonunda blçaqlanma hadisəsi baş verib. Hadisə “Xutor” qəsəbəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Xəlilov Elgün Məhəbbət oğlu yaşadığı evin yaxınlığında qonşusu və eləcə də, bir neçə nəfərlə mübahisə edib. Əlbəyaxa davaya çevrilən mübahisə zamanı E.Xəlilov boynundan bıçaqlanıb.

Yaralı dostlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Boyunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan yaralı cərrahi əməliyyat edilib. Vəziyyəti ağır qiymətləndirilir.

Bıçaq E.Xəlilovun boynunun sol nahiyəsindəki sinirlərini kəsdiyindən hazırda onun sol əl və ayağı hərəkətsiz vəziyyətdə qalıb. İlkin məlumata görə, Elgün Xəlilov qonşusu ilə mübahisə edib. Mübahisə zamanı E.Xəlilov qonşusunun rəhmətə getmiş atasına söyüş söyüb. Bu zaman həmin şəxs qəzəblənərək E.Xəlilovu boynundan bir neçə dəfə bıçaqlayıb.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıb. Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun