Bakıda 16 yaşlı yeniyetmə bıçaqlandı

  • Space TV
  • 15 Avqust 2020 01:40

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Spacetv.az xəbər verir ki, hadisə Gəncə prospektində qeydə alınıb.

2004-cü il təvəllüdlü Həsənov Ayxan İlham oğlu naməlum şəraitdə bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qarnının ön divarının kəsilimiş-deşilmiş xəsarətləri diaqnozu qoyulub.

Paylaş

 Xəbəriniz olsun