Bakıda ət mağazasından oğurluq edildi

  • Space TV
  • 4 Dekabr 2019 10:22

Xətai rayonunda oğurluq hadisəsi baş verib.  

SPACE TV xəbər verir ki, hadisə Qaçaq Nəbi, 2 ünvanında yerləşən ət dükanında qeydə alınıb.  

Oğrular ət, kərə yağı və pendir oğurlayıblar. 

Onlar dükanı tərk edən zaman nəzarət kamerasının yaddaş blokunu da özləri ilə aparıblar. 144 kiloqram ətin necə oğurlanması isə yaxınlıqdakı binanın nəzarət kamerasına düşüb.  

Zərərçəkən Sərxan Bayramovun sözlərinə görə, bu, onun dükanından edilən sayca 3-cü oğurluqdur. 

Hadisə barədə Xətai Rayon Polis İdarəsinə məlumat verilib.  

Faktla bağlı istintaq işi açılıb, araşdırma aparılır.  

Paylaş

 Xəbəriniz olsun