Bakıda əlil arabası ilə yoxa çıxan gənc tapıldı

  • SpaceTV
  • 5 Oktyabr 2019 12:56

Bakıda əlil arabası ilə itkin düşən şəxs tapılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SPACE TV verilən məlumata görə, əlil arabası ilə birlikdə yoxa çıxan Ağdam sakini Muradov Mahir Çərkəz oğlu tapılıb.

Bildirilib ki, Alı Mustafayev küçəsi 10 ünvanında itkin düşən şəxs Bakı şəhər 20-ci Polis bölməsinin əməkdaşları tərəfindən tapılıb və ailəsinə təhvil verilib. 

Ağdam sakini Bakıda itkin düşüb.

SPACE TV  xəbər verir ki, paytaxtın Nəsimi rayonunda Muradov Mahir Çərkəz oğlu əlil arabası ilə birlikdə yoxa çıxıb.

Polisə müraciət edən Məmmədov Kəramət Bəyzadə oğlu dayısı M.Muradovu Alı Mustafayev küçəsi 10 ünvanının yan tərəfində əlil arabasında saxlayaraq ondan ayrılıb. Təxminən 20-25 dəqiqə sonra həmin yerə qayıdan K.Məmmədov M.Muradovu orada görməyib.

Fakt araşdırılır.

Paylaş

 Xəbəriniz olsun