Bakı yollarında sürət həddi endirildi

  • SpaceTV
  • 1 Noyabr 2019 11:20

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Heydər Əliyev-Hava limanı və Zığ dairəsi-Hava Limanı avtomagistrallarında bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

SPACE TV Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, eyni zamanda elektron tablolarda sürüşkən yol işarəsi qoyulub. Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərə tövsiyə edilir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin meteoroloji amilləri nəzərə alsınlar.

Paylaş

 Xəbəriniz olsun