Bakı və İrəvan Rusiyanın vasitəçiliyi ilə sərhədlərin demarkasiyasına dair danışıqlar aparacaq

  • Space TV
  • 9 Dekabr 2020 17:44

İlin sonuna qədər Ermənistan və Azərbaycan Rusiyanın vasitəçiliyi ilə iki ölkə arasındakı sərhədi aydınlaşdırmaq üçün danışıqlar aparmağı planlaşdırır.

Spacetv.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Tiqran Avinyan bu gün parlamentdə çıxışında bildirib.

“Hazırda Sünik mərzində bütün sərhəd xətti boyunca qurumlararası qrup çalışır, hüquqi sənədlər hazırlanır. İlin sonuna qədər rusiyalı həmkarların vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi məsələlərinin həlli üçün danışıqlar aparılacaq”, – o deyib.

Paylaş

 Xəbəriniz olsun