Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk yüklər Çinə yola düşdü

  • Space TV
  • 4 Dekabr 2020 15:16

Bu gün Türkiyədən Çinə ilk ixrac məqsədli qatar İstanbuldan yola düşüb.

Spacetv.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Marmara ərazisindən keçərək Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Trans-Xəzər Beynəlxalq Marşrutu və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi ilə Çinə çatacaq qatar 8 min 693 kilometr yol qət edəcək.

Bildirilib ki, bu qatar iki qitəni, iki dənizi və beş ölkəni keçərək yükləri 12 gün ərzində Çinə çatdıracaq.

İlk dəfə 2019-cu ildə Çindən yola düşən və Trans-Xəzər Bəynəlxalq Nəqliyyat Marşrutundan keçməklə Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi ilə Avropaya, Praqa şəhərinə tranzit qatarla yük daşınıb.

Qeyd edilib ki, Çin ilə Türkiyə və Avropa xəttində 10 blok qatar istismara verilib. 

Paylaş

 Xəbəriniz olsun