Bakı Sumqayıt yolunun daimi istifadəçilərinə şad xəbər

  • SpaceTV
  • 26 Fevral 2020 16:02

Hər iki istiqamət üzrə yol kənarında  torpaq hissələrin qazılıb çıxarılması işləri gedir. Sözügedən işlər mövcud körpülərin alt hissəsində də aparılır. Tökmə torpağın çıxarıldığı hissələr kipləşdirilir, kənarlarında istinad divarı inşa edilir.

Azərbaycan Avtombil Yolları Dövlət Agentliyindən verilən məlumata görə  bu işlər hazırda yolun Bakı Beynəlxalq Avtovağzal kompleksinin qarşısından Masazr dairəsinədək olan hissəsində aparılır.   Yolun genişləndirilməsi eyni zamanda Xırdalan dairəsi ətrafında da aparılır. Beləki hazırda  hər iki istiqamətdə 2 hərəkət zolağından ibarət olan tunel genişləndirilərək hər iki istiqamətdə 4  zolaqlı olacaq.

Görülən işləri sürücülər də müsbət qiymətləndirir.

Bildirildi ki işlər bu ilin yay aylarınadək yekunlaşdırılacaq.

Orxan Şükür SPACE TV

Paylaş

 Xəbəriniz olsun