Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb – FOTO

  • Space TV
  • 1 Fevral 2021 15:24

Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.

Trend-in məlumatına görə, yolda tıxacın yaranmasına səbəb Ceyranbatan qəsəbəsi ərazisindən Bakı istiqamətində olan yolun bağlanması nəticəsində baş verib.

Saray postundan Bakıya gələn yolun təmirə bağlanmasına görə həmin yolda avtomobillərin hərəkəti qarşı yola istiqamətləndirilib və nəticədə ərazidə avtomobil sıxlığı yaranıb. Hazırda yolda böyük tıxac var.

Xatırladaq ki, Bakı-Quba yolunda aparılan cari təmir işləri çərçivəsində Bakı-Sumqayıt yolunda hərəkət hissə-hissə məhdudlaşdırılır.

Paylaş

 Xəbəriniz olsun