Ögey ana filmini yəqin ki hər kəs xatırlayır. Filmin sonunda Hündür qayalıq dağlar yarılaraq yol çəkilir. Bu, yol çəkmək üçün elə indi də tətbiq olunan üsullardandır. Ancaq bu dəfə bu uzaq kəndlərdə yox paytaxtda tətbiq edildi.
Görülən işlər çərçivəsində əsas diqqət Xırdalan dairəsinin altındakı tunelə yönəlib. Tunelin kifayət qədər geniş olmaması hər iki istiqamətdə- həm Sumqayıt, həm də paytaxt istiqamətində butulka effektinin yaşanmasına səbəb olurdu.
Yolun genişləndirilməsi prossesi bununla da bitmir. Azərbaycan Avtomobil yolları dövlət agentliyindən bildirildi ki, yaxınlıqdakı dəmir yol körpüsünün altından geriyə dönmək üçün xüsusi yol yaradılacaq, və bununla da sürücülər xırdalan dairəsinə qalxmadan geriyə-mərkəz istiqamətinə hərəkət edə biləcəklər.
Qeyd edək ki, yoldakı hərəkətin rahatlığını təmin etmək üçün həmin körpünün altındakı dirəklər dəmiryolu xəttinə zərər verilmədən ləgv ediləcək.
Uzun müddətdir bu yolun daimi istifadəçiləri işlərin bitəcəyi vaxtı səbİRsizliklə gözləyir.
Ümumilikdə Bakı Sumqayıt yolunun genişləndirilməsi 20 yanvar dairəsindən başlayaraq həyata keçirilir.
Məhz buradan başlayaraq düz Masazır dairəsinədək yolda genişləndirmə işləri aparılır.
Azərbaycan Avtomobil yolları dövlət agentliyindən bildirildi ki, artıq işlər sonuncu mərhələdədir və may ayının sonlarında işlərin tam yekunlaşacağı praqnozlaşdırılır.
Orxan Şükür SPACE TV