Bakı – Sumqayıt yolunda qəza

  • SpaceTV
  • 8 Avqust 2019 12:16

Bu gün səhər saatlarında Bakı-Sumqayıt magistralında turizm şirkətinə məxsus avtobusla sərnişin daşıyan 525 saylı avtobus toqquşub. Qəza nəticəsində Respublika Klinik Xəstəxanasına ümumilikdə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə müraciət edib. 

Səhiyyə Nazirliyindən SPACE.TV-yə bildirilib ki,  yaralılara lazımi tibbi yardımlar göstərilib və ambulator müalicəyə buraxılıblar.  Baş verən yol qəzası ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidməti  açıqlama verib. Məlumatda deyilir ki; “Bu səbəbdən yolda sıxlıq müşahidə edilib.  Avtomobil Nəqliyyatı Xidməti və Dövlət Yol Polisi əməkdaşları hadisə yerindədirlər. İlkin məlumata görə, turizm şirkətinə məxsus avtobusun sürücüsü yağışlı havada sıxlıqdan çıxmağa cəhd edərək idarəetməni itirib və sərnişin avtobusunun sürücüsünü çaşdırıb. Nəticədə 525 saylı avtobus turizm şirkətinə məxsus avtobusa çırpılıb. Hadisə nəticəsində ölən olmayıb. Avtobuslar yoldan çıxarılan kimi nəqliyyatın hərəkəti bərpa olunacaq”,deyə açıqlamada bildirlir. 

Paylaş

 Xəbəriniz olsun