Bakı-Sumqayıt yolunda hərəkət tam məhdudlaşdırıldı

  • Space TV
  • 10 Dekabr 2019 10:52

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında güclü yanğın başlayıb.

SPACE TV  xəbər verir ki, baş vermiş yanğın səbəbindən Bakı-Sumqayıt yolunda hərəkət tamamilə məhdudlaşdırılıb.

Qeyd edək ki, yanğını söndürmək üçün əraziyə üç helikopter cəlb edilib.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. 

Paylaş

 Xəbəriniz olsun