Bakı Sumqayıt yolunda görülən işlər artıq son mərhələdədir – VİDEO

  • SpaceTV
  • 3 İyun 2020 16:25

Bakı Sumqayıt yolunda yaranan tıxacların ən böyük səbəblərindən biri olan Xırdalan dairəsinin alt hissəsində yerləşən tunelin bir istiqamət üzrə 2 zolaqlı olması idi. Bu da hərəkət iştirakçılarına əlavə çətinliklər yaradırdı. Belə ki, bura qədər təxminən 5 zolaqlı yolla hərəkət edən avtomobillərin böyük əksəriyyəti bu tunelə daxil olmağa çalışırlar ki, bu da butulka effektinin yaranırdı. Nəticədə tıxaclar əmələ gəlirdi.Bu və digər səbəblərdən yaranan tıxaclar bu da çox böyük vaxt itkisinə səbəb olurdu. Hərəkət iştirakçıları bu ərazidə hətta saatlarla tıxacda qalırdılar.

Son tamamlama işləri çərçivəsində tunelin fasadlarının xüsusi dəmir beton piltələrlə üzlənməsi işləri aparılır. Yaxın günlərdə isə tuneldə asvaltlanma işlərinə başlanılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə görülən işlərin qarşıdakı növbəti ərzində yekunlaşması  və tunelin sürücülərin istifadəsinə verilməsi nəzərdə tutulur.

Yol genişləndirildikdən sonra yaxınlıqdakı dəmiryol xəttinin keçdiyi körpünün dayaqları yolun hərəkət hissəsinə düşdü. Bu da hərəkətə müəyyən qədər maneə törədir. Bunun aradan qaldırılması məqsədi ilə həmin körpü söküləcək, və qısa zamanda əvəzinə yenisi inşa ediləcək. 

Qeyd edək ki, növbəti həftələrdə işlərin tam yekunlaşacağı gözlənilir.

ORXAN ŞÜKÜR SPACE TV

Paylaş

 Xəbəriniz olsun