Bakı sakinlərinə XƏBƏRDARLIQ: Bu tarixdə küçəyə çıxmayın

  • Space TV
  • 17 İyul 2020 09:40

Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə sabah, iyul ayının 18-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

space tv xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

“Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur”, – deyə məlumatda qeyd olunub.

Paylaş

 Xəbəriniz olsun