Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ

  • SpaceTV
  • 3 İyul 2020 11:22

İyul ayının 4-ü səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə space tv-a paytaxtın kommunal strukturlarından məlumat verilib. 

Bildirilib ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.  

Paylaş

 Xəbəriniz olsun