Bakı sakininin yüzə yaxın qoyununu oğurladılar

  • Space TV
  • 10 Sentyabr 2020 13:51

Sentyabrın 9-a keçən gecə Xəzər rayonunun Binə qəsəbə sakininin yüzə yaxın xırdabuynuzlu heyvanı oğurlanıb.

Bu barədə Spacetv.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, naməlum şəxslər 1990-cı il təvəllüdlü Zülfüqar Babayevin həyətinə girərək, tövlədən 95 baş qoyun oğurlayıblar. Beləliklə, zərərçəkmişə 21 750 manat məbləğində ziyan dəyib.

Hazırda 3-cü Polis Bölməsinin əməkdaşları oğurluqda şübhəli bilinən şəxslərin kimliyini müəyyənləşdirirlər. İndiyə qədər faktla bağlı heç kim saxlanılmayıb.

Xatırladaq ki, son bir gündə daxili işlər orqanlarının paytaxt şöbələrinin əməkdaşları tərəfindən 34 oğurluq faktı qeydə alınıb.

Paylaş

 Xəbəriniz olsun