Bakı sakinindən dörd kiloqram narkotik götürülüb

  • SpaceTV
  • 19 Oktyabr 2019 11:04

Bakıda polislər narkotik satışının qarşısını alıb. 

SPACE TV xəbər verir ki, paytaxtın Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iki nəfər saxlanılıb.

Belə ki, narkotiklə mübarizə tədbirləri zamanı Bakı şəhər sakinləri 1991-ci il təvəllüdlü B.Lətifov və əvvəl məhkum olunmuş 1986-cı il təvəllüdlü Z.Lətifov saxlanılıb. 

B.Lətifovun üzərindən 171 qr, Z.Lətifovun üzərindən isə 4 kq-dan artıq heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun