Bakı sakinindən altı kiloqram heroin aşkarlandı

  • Space TV
  • 4 Yanvar 2021 17:31

Bakı sakinindən külli miqdarda narkotik vasitə aşkarlanıb. 

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. 

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Səbail rayonunun ərazisində Bakı şəhər sakini P.Quliyevdən 6 kiloqram 24 qram heroin aşkar edilərək götürülüb.

Paylaş

 Xəbəriniz olsun