Hadisə paytaxtın Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, ev 34 ünvanında qeydə alınıb. Şəhər sakini Elnur Quliyev yaşadığı evə gələrək orada usta işləyən Kamil Arif oğlu Sədrəddinbəyova bıçaqla xəsarət yetirib. Hadisədən bir neçə saat sonra o özünü öldürməyə cəhd edib. Bu zaman ona anası Minəxanım Quliyeva mane olmağa çalışıb. Həmin vaxt Elnur Quliyev anasını da bıçaqlayıb. Qonşuların verdiyi məlumata görə Quliyev əsəbi pozğunluqdan əziyyət çəkirvə o bir müddət öncə yaşadıqları evidə yandırmaqda təqsirli bilinir.Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən Elnur Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.Faktla bağlı cinayət işi başlanıb.
HÜRÜ ƏLİYEVA SPACE TV