Bakı sakini narkotikdən zəhərlənib öldü

  • SpaceTV
  • 21 Yanvar 2020 16:18

Bakıda ölüm hadisəsi baş verib.

SPACE TV bildirir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Vaqif Rəsulovun meyiti yaşadığı ünvanda aşkarlanıb. Meyitin ilkin müayinəsi zamanı V. Rəsulovun narkotikdən zəhərlənərək öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun