Bakı sakini döyülərək avtomobili əlindən alınıb

  • SpaceTV
  • 22 Sentyabr 2020 14:00

Bakıda avtomobil qaçıran şəxs saxlanılıb.

Spacetv.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinə (PŞ) müraciət edən Balaxanı qəsəbə sakini A.Şahgəldiyev sentyabrın 20-də qəsəbə ərazisində beş nəfərin onu döyərək “Niva” markalı avtomobilini aldıqlarını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Y.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb, avtomobil sahibinə qaytarılıb.

Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun