Bakı-Sabunçu-Bakı qatarlarının hərəkəti dayandırıldı

  • SpaceTV
  • 19 Noyabr 2019 11:15

Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının hərəkəti dayandırılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən SPACE TV-ə verilən məlumata görə, noyabrın 19-da səhər saatlarından 16:30-dək Bakı-Sabunçu, Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının hərəkəti texniki səbəblərə görə dayandırılıb.

“Sərnişinlərdən alternativ ictimai nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur”, – deyə QSC-dən bildirilib.

Paylaş

 Xəbəriniz olsun