Bakı-Quba yolunda qəza, ölənlər var

  • Space TV
  • 29 Noyabr 2019 17:35

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SPACE TV bildirir ki, hadisə Bakı-Quba yolunun 8,7-ci kilometrliyində qeydə alınıb. Yüksək sürətlə idarə olunan “AzSamand” markalı minik avtomobili maneəyə çırpılıb. Qəza nəticəsində kimliyi hələlik bilinməyən 25-30 yaşlarında iki nəfər ölüb.

Onların kişi olduğu bildirilir. Ölən şəxslərin kimliklərinin müəyyən edilməsi ətrafında araşdırmalar aparılır.

Paylaş

 Xəbəriniz olsun