Bakı-Quba yolunda dava – Xəsarət alanlar var

  • SpaceTV
  • 16 Oktyabr 2019 11:08

Bakı-Quba yolunda avtomobillərlə qəza vəziyyəti yaradan sürücülər dava edib.

SPACE TV xəbər verir ki, hadisə Bakı-Quba yolunun 23-cü kilometrliyində baş verib. Belə ki, Sumqayıt şəhər sakini Təbriz Fərzəliyevlə 1995-ci il təvəllüdlü Orxan Məmmədquliyev idarə etdikləri avtomobillərlə bir-birinə qəza şəraiti yaradıblar.

Daha sonra hər iki sürücü avtomobillərindən düşərək dava edib, bir-birinə xəsarət yetirib. Hadisə yerinə polis əməkdaşları gəlib, T.Fərzəliyevlə O.Məmmədquliyev saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun