Bakı-Quba yolunda ağır qəza: üç nəfər öldü

  • SpaceTV
  • 10 Oktyabr 2019 14:17

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

SPACE TV xəbər verir ki, qəza yolun 52-ci kilometrliyində qeydə alınıb.

Hadisə zamanı iki yük və bir minik avtomobilləri toqquşub. Qəza zamanı minik avtomobili yük maşınlarının arasında qalıb. 

Qəza zamanı üç nəfər hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun