Bakı qışa hazırlaşır

  • SpaceTV
  • 4 Sentyabr 2019 15:46

Bakı Şəhər İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı geniş müşavirə keçirilib. Rayon İcra Hakimiyyəti başçılarının, müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə payız-qış mövsümündə xüsusi halların baş verdiyi zaman hər bir təşkilatın konkret fəaliyyətini müəyyən edən xüsusi Proqram təsdiq edilib.

Müşavirədə çıxış edən   edən  Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, paytaxt qurumları qış aylarında üzərlərinə düşən vəzifələri dəqiq bilməli, yarana biləcək problemləri operativ şəkildə həll etməlidir. Şəhər İcra Hakimiyyətinin, idarə və təşkilatların xüsusi texnikaları saz vəziyyətdə olmalı, kifayət qədər qum, duz və lazımi invertar ehtiyatı yaradılmalıdır.

Bütün qurum rəhbərlərinə  tapşırılıb ki,  güclü qar yağdığı zaman və ya hər hansı digər fövqəladə halın – güclü küləyin, leysan yağışın, zəlzələnin və ya digər təbii fəlakətin baş verdiyi təqdirdə mobil rabitədə yarana biləcək problemləri nəzərə alaraq hər bir rəhbər şəxs öz iş yerində olmalı və yaranmış problemlərin həlli üçün konkret tədbirlər görməlidir.

Artıq ilkin olaraq  Bakı şəhər icra hakimiyyəti rəhbərliyinin göstərişinə əsasən  xüsusi  qərərgah  yaradılıb. Bununla yanaşı Azəriqaz, Azərişıq, Bakı Su kanal İdarəsi, Azərbayacan Avtomobil Yolları Dövlət  Agentliyi və  Bakı Nəqliyyat Agentliyinin payiz-qış mövsümü ilə bağlı tədbirlər planı hazırlayaraq qərərgaha təqdim etmələri ilə bağlı məlumat verilib. Adıçəkilən təşkilatların mövsümi tədbirlərlə bağlı görəcəkləri işləri qərərgah tərəfindən koordinasiya olunacaq.

Paylaş

 Xəbəriniz olsun