Bakı-Ələt-Qazax magistral yolunda 10-dan çox avtomobilin iştirakı ilə baş verən qəzada ölən və yaralananlar var.
Bu barədə Spacetv.az Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev deyib.
“Hazırda əməkdaşlar hadisə yerindədir. Baş verən qəzada VAZ-2107 markalı avtomobildə bir nəfər ölüb. Ölən şəxsin kimliyi hələ məlum deyil”, – deyə o qeyd edib.