Bakı-Qazax yolunda yük maşını anidən alovlandı

  • SpaceTV
  • 25 Sentyabr 2020 21:44

Ucarda yük maşını yanıb.

Spacetv.az-ın xəbərinə görə, hadisə Bakı-Qazax yolunun Ucar rayonunun Qaracallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Kürdəmir rayon sakini, 1987-ci il təvəllüdlü Qabil Saleh oğlu Cabbarovun idarə etdiyi “Ford” markalı yük maşını anidən alışıb.

Hadisə yerinə Ucar rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb.

Paylaş

 Xəbəriniz olsun