Bakı-Qazax yolunda dəhşətli qəza – ÖLƏNLƏR VAR

  • Space TV
  • 18 Dekabr 2019 11:51

Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

SPACE TV-in məlumatına görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan mikroavtobus idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Hadisə yerinə 4 təcili yardım briqadası cəlb olunub.

Paylaş

 Xəbəriniz olsun