Bakı – Qazax avtomobil yolunda hərəkət qismən məhdudlaşdırlacaq

  • Space TV
  • 14 Dekabr 2020 10:33

Bu gündən Bakı – Ələt – Qazax – Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 96-cı km-də, magistralın Hacıqabul rayonunun Navahi qəsəbəsi ərazisindən keçən hissəsində Bakı şəhəri istiqaməti üzrə hərəkət qismən məhdudlaşdırılacaq.

Bu barədə Spacetv.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, məhdudiyyət təmir-bərpa işləri ilə əlaqədardır və işlər bitənə qədər qüvvədə olacaq.

“Təmir müddəti ərzində avtonəqliyyyat vasitələrinin hərəkəti iki tərəfli olmaqla magistralın əks istiqamət üzrə təşkil olunacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik”, – deyə qurum bəyan edib.

Paylaş

 Xəbəriniz olsun