Bakı polisi əməliyyat keçirdi, heroin alverçiləri yaxalandı

  • Space TV
  • 4 Sentyabr 2020 11:24

Bakıda narkotik vasitələrin alverçiləri yaxalanıb.

Spacetv.az-ın məlumatına görə, Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsilə məhkum olunmuş, 1963-cü il təvəllüdlü Famil Mehdiyev saxlanılıb. Üzərinə baxış zamanı ondan 1,040 qram heroin və 0,525 qram narkotik maddə olan metanfetamin aşkar edilərək götürülüb.

Həmin gün Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşları isə keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakinləri Eyvaz Aslanovdan 0,046 qram, Mirsəftər Aslanovdan isə 0,027 qram narkotik maddə olan heroin aşkar edərək götürüb.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun