Bakı-Naxçıvan reyslərinə bilet satışı yeni üsulla həyata keçiriləcək

  • SpaceTV
  • 6 Avqust 2020 15:16

Bu gündən etibarən AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə reyslərinə aviabilet satışı yeni üsulla həyata keçiriləcək.

Bu barədə qurumun məlumatında qeyd edilib.

Bildirilib ki, bu istiqamətdə uçuşlara tələbatın yüksək olduğunu və pandemiya dövründə uçuşların sayının məhdud olduğunu nəzərə alaraq, qeyd edilən marşrut üzrə aviabilet satışı növbəlilik prinsipi əsasında həyata keçiriləcək. Növbəyə aşağıdakı iki usulla yazılmaq mümkündür:

– azal.az saytında https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000853919
 linki vasitəsilə onlayn formanı doldurmaqla;

– (+99470) 4374081 nömrəsinə “WhatsApp” vasitəsilə yazılı müraciət edərək.

Müraciət zamanı sərnişinlər mütləq qaydada şəxsiyyət vəsiqəsinin skan edilmiş surətini, həmçinin əlaqə nömrəsini göndərməlidirlər.

Naxçıvan istiqamətində reyslərə tələbatın çox yüksək olduğunu nəzərə alaraq, aviaşirkət nəzərinizə çatdırır ki, yaxın tarixlərdə qeyd edilən istiqamətdə uçuşlarda boş yerlər qalmayıb.

Paylaş

 Xəbəriniz olsun