Bakı-Moskva hava reyslərində problem var? – RƏSMİ

  • SpaceTV
  • 24 Yanvar 2020 11:33

Bakı-Moskva hava reyslərinin cədvəlində dəyişiklik yoxdur.

Bu barədə SPACE TV-a AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.

O bildirib ki, Bakı-Moskva istiqamətində bütün reyslər cədvəl üzrə hərəkət edir.

Xatırladaq ki, Rusiya mətbuatının yaydığı məlumata görə, hava şəraiti ilə əlaqədar paytaxtda yerləşən hava limanlarında 20-yə yaxın reys təxirə salınıb. Belə ki, “Vnukovo” hava limanında iki reys, “Domodedovo”da altı reys təxiə düşüb. “Şeremetyevo” hava limanından dörd təyyarə, “Domodedovo”dan isə beş təyyarə hava limanından qalxa bilməyib.

Paylaş

 Xəbəriniz olsun