Bakı metrosunda qatarda nasazlıq yaranıb

  • Space TV
  • 25 Noyabr 2019 10:55

Bakı metrosunda qatarların hərəkətində yubanma olub.

SPACE TV bildirir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, saat 08:30-da “Həzi Aslanov” stansiyasında maşinist qatarda nasazlıq ehtimalı ilə əlavə baxış keçirib.

Nəticədə qatarların hərəkətində 4 dəqiqə yubanma olub.

Paylaş

 Xəbəriniz olsun