Bakı metrosunda problem yarandı

  • SpaceTV
  • 4 Noyabr 2019 11:03

Bakı metrosunda qatarda problem yaranıb.

SPACE TV xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarınsa “Həzi Aslanov”-“İçərişəhər” istiqamətində hərəkət edən qatarda baş verib:

“Köhnə qatarlardan birinin qapısında texniki problem yaranıb. Maşinist yaranmış problemi aradan qaldırıb. Ümumi olaraq qatarlar arasında intervalda 5 dəqiqə yubanma olub”.

Paylaş

 Xəbəriniz olsun