Bakı metrosunda maraqlı hadisə: Növbətçi səhv etdi

  • Space TV
  • 26 Noyabr 2019 11:09

Səhər saatlarında metronun “Dərnəgül”-“Həzi Aslanov” istiqamətində hərəkət edən qatarında maraqlı hadisə yaşanıb.

SPACE TV-in əməkdaşının verdiyi məlumata görə, metronun “Nizami” stansiyasında qatarın hərəkətində problem yaranıb. Buna səbəb isə sözügedən stansiyadakı növbətçinin səhvi olub. Belə ki, metrostansiyada dayanan qatarın sərnişinlərinə düşmək haqqında həyəcanlı anons verilib. Bütün sərnişinlər qatardan düşüb və gözləməyə məcbur olub.

Daha sonra maşinistin göstərişi ilə sərnişinlər qatara yenidən daxil olub və hərəkət bərpa edilib.

Yaranmış anlaşılmazlıq sərnişinlərin narazılığına səbəb olub.

Paylaş

 Xəbəriniz olsun