Bakı metrosunda həyəcan: Sərnişinlər vaqonlardan boşaldıldı – SON DƏQİQƏ

  • SpaceTV
  • 27 Yanvar 2020 12:47

Bu gün səhər saatlarında Bakı metrosunda problem yaranıb.

SPACE TV xəbər verir ki , səhər saatlarında metronun “Gənclik”, “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişin sıxlığı yaranıb.

Eyni zamanda “Nərimanov” stansiyasında qatarda nasazlıq yaranıb və sərnişinlər vaqonlardan boşaldılıb.

Məsələ ilə əlaqədar açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu gün səhər 7:35-də bir qatar Nərimanov stansiyasından texniki baxış məqsədilə depoya göndərilib.

Qatarda nasazlıq ehtimalı olub. Bu səbəbdən bir dövrə boyunca iki qatar arasında 3-4 dəqiqə interval fərqi müşahidə olunub.

Paylaş

 Xəbəriniz olsun