“Bakı Metropoliteni” sərnişinlərə MÜRACİƏT

  • Space TV
  • 13 Mart 2020 13:45

“Bakı Metropoliteni” sərnişinlərə müraciət edib.

SPACE TV xəbər verir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti bir daha sərnişinlərindən öz sağlamlıqları naminə sanitar-gigiyenik normaların tələblərinə ciddi riayət etməyə və bu məsələlərdə metropoliten işçiləri ilə fəal əməkdaşlığa, həmfikir və həmrəy olmağa çağırır:

“Stansiya və qatarların zibillənməməsi, təmizliyə riayət olunması hər kəsin sağlamlığının təməlidir. Tibbi ləvazimatların, qida, yeyinti və kulinariya məhsullarının, o cümlədən fəal və dayanıqlı mikrob daşıyıcılarının təmas olunan yerlərə atılmasına, yapışdırılmasına və sair bu kimi hallara yol verilməməsi günün qaçılmaz tələbi, hər birimizin vətəndaş və vicdan borcudur”.

Paylaş

 Xəbəriniz olsun