“Bakı Metropoliteni” QSC hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin seçimi prosesinin başlandığını elan edib

  • SpaceTV
  • 14 Yanvar 2020 12:21

24-30 yaş arasında olan gənclər maraqlı bir peşəyə sahib ola bilərlər. Nə az, nə çox 1000 manat əmək haqqı ilə. Söhbət metro maşinisti peşəsindən gedir. Bakı Metropoliteni qatar sürmək arzusu ilə yaşayan gənclərə qapılarını açdı. Ali texniki və orta texniki təhsilli yanvarın sonuna qədər Metropolitenə müraciət edə bilər.

Seçim məntiq, müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Mərhələləri uğurla keçən namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5-6 ay davam edəcək.

Tədris zamanı yeni qatarlara aid trenajorlardan da istifadə edilir. Bu gənclərdə relsə buraxılmadan öncə qatar sürmək vərdişlərini formalaşdırır. Bununla yanaşı, təlim tədris mərkəzində Bakı metrosunda xidmət edən vaqonların maketləri də nümayiş etdirilir. Həmçinin metronun keçmişini əks etdirən avadanlıqlarla da tanış olmaq imkanı yaradılıb.

NURLAN PİRİYEV SPACE TV

Paylaş

 Xəbəriniz olsun