Bakı küçələridə dezinfeksiya olunur

  • Space TV
  • 16 Mart 2020 13:00

Koronovirus  infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.Bakı şəhərində bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq proflaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə Bakı şəhər Mənzil –Kommunal Təsərrüfatı Departamenti tərəfindən xüsusi tədbirlər görülür.

Məsələnin ciddiliyi nəzərə alınaraq hər 10 gündən bir Departamentin balansında olan 11300 ədəd yaşayış binalarında ,binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında , sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı , ən vacibi məişət tullantılarının atıldığı kontener meydançalarında , həyət və yaşayış məhəllərində , həmçinin digər yerlərdə tibbi-praflaktik və dezinfeksiyaedici tədbirlər aparılır

Eyni zamanda paytaxt sakinlərinin daha çox istifadə etdikləri ticarət mərkəzlərində dezinfeksiya işləri aparılır, əlavə qabaqlayıcı tədbirlər görülür.Xüsusilədə bazarlarda təmizlik işlərinə  nəzarət gücləndirilib.Bazar rəhbərləri gündəlik olaraq axşam saatlarında ticarət bitdikdən sonra bazarda tam təmizlik işlərinin və bütün satış sah\ələrinin dezinfeksiyasının aparılması ilə bağlı xəbərdarlıq edilib və aparılan işlər aidiyyatı qurumlarının nəzarətinə alınıb.

BŞİH-nin tabeçiliyində olan 346 Məktəbəqədər Təhsil müəssisələrində dezinfeksiya işləri başa çatdırılıb və həmin müəssisələrinin işə başlaması ərəfəsində yenidən aparılacaq

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun